Messiyə 400 milyonluq təklif

Messiyə 400 milyonluq təklif

Səudiyyə Ərəbistanının “Əl Hilal” futbol klubu Argentina millisinin və Fransanın PSJ komandasının üzvü Lionel Messiyə 400 milyon avroluq təklif göndərib.

AzerTimes xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano məlumat yayıb.

O qeyd edib ki, Messi Avropa zonasında kariyerasını davam etdirmək istədiyi üçün danışıqlar dayandırılıb.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonunda başa çatacaq.

Teqlər: