Zelenski müsəlmanları Krım tatar-türkcəsində təbrik etdi – Video

Zelenski müsəlmanları Krım tatar-türkcəsində təbrik etdi – Video

Ukrayna Prezidenti Vladimir Zelenski Qurban bayramı münasibətlə müsəlmanları təbrik edib.

AzerTimes xəbər verir ki, dövlət başçısı Feysbuk səhifəsində təbrik videosu paylaşıb.

“Bunu Krım-tatar xalqı xüsusi ilə gözləyir. Mən inanıram ki, bizim bir-birimizi azad Krımda təbrik edəcəyimiz il gələcək”, – Ukrayna lideri bildirib.

V.Zelenski müraciətini Krım tatarlarının türkcəsində tamamlayıb: “Qurban bayramınız xeyirli və mübarək olsun!”.

O, təbrikini Slave Ukraine (Yaşasın Ukrayna!) şüarı ilə bitirib.

Teqlər: