Zelenski Münhendə: Bayden zəng etdi

Zelenski Münhendə: Bayden zəng etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransı zamanı ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Teleqram kanalında məlumat yayıb.

“Münhen Təhlükəsizlik Konfransında mən ABŞ Prezidenti Co Baydenlə telefonla danışdım. Biz döyüş meydanındakı mövcud vəziyyəti müzakirə etdik. Şadam ki, ABŞ Prezidentinin tam dəstəyinə arxalana bilərəm”, – Zelenski bildirib.

Ağ Evdən verilən açıqlamada isə Baydenin Zelenskiyə zəng etdiyi bildirilib. Qeyd edilib ki, Ukrayna ordusunun Avdeyevkadan geri çəkilməsinə toxunulub və Bayden Rusiyanın qəddar işğalının iki illiyi ərəfəsində ABŞ-ın Ukraynaya dəstək vermək öhdəliyinə sadiq qaldığını vurğulayıb.

Bayden həmçinin Respublikaçılar Partiyasında Donald Trampın tərəfdarlarının çoxunun etirazına baxmayaraq, Konqresin müvafiq maliyyələşdirməni təsdiq edəcəyinə ümid etdiyini bildirib.

Teqlər: