Rus ordusu Slavyansk və Kramatorsku atəşə tutdu – Video

Rus ordusu Slavyansk və Kramatorsku atəşə tutdu – Video

Rusiya ordusu Ukraynanın Donetsk vilayətində Slavyansk və Kramatorsku atəşə tutub.

AzerTimes xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib.

Məlumata görə, evlərdən birinin dağıntıları altında 14 və 16 yaşlı yeniyetmələr də daxil olmaqla, 4 nəfərlik ailə qalıb. Ümumilikdə şəhərdə 2 ev dağılıb, daha 23 evə ziyan dəyib.

Teqlər: