Zelenski mükafat üçün Almaniyaya gedəcək

Zelenski mükafat üçün Almaniyaya gedəcək

Almaniya kansleri Olaf Şolts mayın 14-də Ukrayna Prezidenti Vladimir Zelenskiyə Beynəlxalq Karl Mükafatının təqdim edilməsi mərasimində çıxış edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın “Bild am Sonntag” qəzeti hökumət dairələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna lideri Axen şəhərinə şəxsən gələ bilər:

“Bu, Rusiyanın Ukraynada müharibəsi başlayandan bəri onun Almaniyaya ilk səfəri olacaq. Lakin Ukrayna Silahlı Qüvvələrinin yaz hücumu səfərə mane ola bilər. Bu halda Zelenski mərasim iştirakçıları ilə videobağlantı vasitəsilə danışacaq”.

Teqlər: