Zelenski Makronu prezident seçilməsi münasibəti ilə təbrik edib

Ukrayna prezidenti Volodimir Zelenski Emmanuel Makronu Fransa
prezidenti seçkilərində qalib gəlməsi münasibəti ilə təbrik
edib.

Trend xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı özünün “Twitter” hesabında yazıb.

“Fransa prezidenti və Ukraynanın əsl dostu Emmanuel Makronu
seçkilərdə qələbəsi münasibətilə təbrik edirəm. Emmanuel Makrona
Fransa xalqının rifahı naminə uğurlarının davamlı olmasını
arzulayıram. Mən Fransanın dəstəyini yüksək qiymətləndirirəm və
əminəm: yeni ümumi qələbələrə doğru birlikdə addımlayırıq! Güclü və
vahid Avropaya”, – deyə V.Zelenski bildirib.