Zelenski Makronla saat yarım telefonda danışdı

Zelenski Makronla saat yarım telefonda danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makron ilə telefon danışığı aparıb.

AzerTimes xəbər verir ki, bu barədə Zelenski öz Teleqram kanalıında məlumat yayıb.

“Fransa Prezidenti Emmanuel Makronla demək olar ki, bir saat yarım söhbətim oldu. Rus hərbi cinayətkarları tərəfindən ukraynalı əsgərin dəhşətli, qeyri-insani edamının pislənməsinə görə minnətdarlığımı bildirdim”, – Zelenski bildirib.

Söhbət zamanı prezidentlər Makronun Çinə son səfərinin nəticələrini müzakirə ediblər.

Teqlər: