Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti
Emmanuel Makron arasında telefon danışığı olub.
Trend xəbər verir ki, bu barədə V.Zelenski özünün “Twitter”
səhifəsində yazıb.
“Fransa Prezidenti Emmanuel Makronla dialoqu davam etdirdim. Biz
müdafiə sahəsində əməkdaşlıqdan, Ukraynanın Aİ-yə üzvlük yolunda
qarşılıqlı fəaliyyətdən danışdıq. Humanitar yardıma, Ukrayna
hərbçilərini müalicə etməyə hazır olduqlarına görə minnətdaram”, –
deyə Ukrayna Prezidenti bildirib.