Ukrayna tərəfi növbəti əsir mübadiləsinin baş tutduğunu açıqlayıb

Rusiya ilə növbəti əsir mübadiləsi nəticəsində 14 nəfər
Ukraynaya qayıdır.

Trend xəbər verir ki, bu barədə özünün “Telegram” kanalında
Ukraynanın baş nazirinin müvəqqəti işğal olunmuş ərazilərin
reinteqrasiyası üzrə müavini İrina Vereşük yazıb.

“Bu gün əsirlərin mübadiləsi baş tutub. 14 nəfər evinə qayıdır:
7 hərbçi, 7 mülki şəxs”, – deyə İ.Vereşük bildirib.