Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı və qızına qarşı sanksiya qərarını təsdiqləyib.
AzerTimes xəbər verir ki, Mariya Aleksandrovna Lavrova (həyat yoldaşı) və Yekaterina Sergeyevna Vinokurovaya (qızı) qarşı 10 il müddətinə şəxsi sanksiyalar tətbiq edilib.
Oxşar sanksiyalar Yekaterinanın əri Aleksandr Vinokurova (1982-ci il təvəllüdlü iş adamı, Marafon Qrupunun prezidenti) qarşı da tətbiq edilib.
Zelenski öz fərmanları ilə Rusiyadan, həmçinin Belarusdan və bir sıra digər ölkələrdən 2507 fiziki şəxs və 1374 şirkətə qarşı sanksiya tətbiq edib.