ABŞ Paşinyan qarşısında seçim qoyub: İmtina et!

ABŞ Paşinyan qarşısında seçim qoyub: İmtina et!

Qarabağ separatçılarının lideri Araik Arutyunyana İrəvandakı görüşlərdə izah etdilər ki, Ermənistan gücsüzdür, Azərbaycanla şifahi razılaşmalar var, ona görə problemlərinizi özünüz həll edin. Araik Arutyunyan da indi Moskvaya getməyə hazırlaşır ki, Rusiyadakı dairələrin mövqeyini öyrənsin.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu son proseslərlə bağlı qeyd edib.

O bildirib ki, Araik Moskvadan dəstək umarkən, İrəvan da Qərblə yaxınlaşmağa çalışır:

“ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosidən sonra Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komitəsinin sədri Devid Prays İrəvana gedib. Amerikalı konqresmenlər və diplomatlar Azərbaycanla qarşıdurmada Ermənistana bir şərtlə dəstək vədi verirlər ki, İrəvan Rusiyadan uzaqlaşsın. Misal üçün qatı ermənipərəst konqresmen Frenk Pallone son açıqlamasında bildirib ki, ABŞ Ermənistanın təhlükəsizliyinə, o cümlədən NATO ilə yaxınlaşmasına təminat verməyə hazırdır, ancaq bunun üçün İrəvan Moskva ilə təhlükəsizlik anlaşmalarına yenidən baxmalı və Rusiyanın Gümrüdəki hərbi bazasından imtina etməlidir. Amerikalılar Nikol Paşinyanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da tərkinə təşviq etməyə çalışırlar. Paşinyan üçün təhlükəli gedişatdır. Çünki Paşinyan anlayır ki, 1) Rusiya ilə ittifaqdan imtina onun özünə və Ermənistana baha başa gələcək; 2) Rusiyanın yerinə ABŞ-ın Ermənistanın təhlükəsizliyinə təminat verəcəyinə əmin deyil”.

Teqlər: