Ukrayna Prezidenti Volodimr Zelenski və İtaliyanın baş naziri
Mario Dragi arasında telefon danışığı olub.
Trend xəbər verir ki, bu barədə V.Zelenski özünün “Twitter”
səhifəsində paylaşım edib.
“Mario Draginin təşəbbüsü ilə telefon danışığımız oldu. Biz
müdafiə sahəsində əməkdaşlıqdan, 6-cı sanksiyalar paketinin
tətbiqinin sürətləndirilməsinin və Ukrayna limanlarının açılmasının
zəruriliyindən danışdıq”, – deyə V.Zelenski bildirib.
O əlavə edib ki, İtaliyaya Avropa İttifaqına gedən yolda
Ukraynaya qeyd-şərtsiz dəstəyə görə təşəkkür edib.