Ukrayna prezidenti Vladimir Zelenski müdafiə xərclərinin 14,6 milyard dollar artırılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının məlumatında deyilir.
Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyakın sözlərinə görə, bu, büdcədə rekord artımdır.
Qanun layihəsinin aprelin 13-də qüvvəyə minəcəyini qeyd edən deputat Ukraynanın tarixində heç vaxt büdcəyə belə əhəmiyyətli dəyişikliklər edilmədiyini bildirib.