Rusiyalı generaldan xaricdəki vətəndaşlara: Geri qayıdın!

Rusiyalı generaldan xaricdəki vətəndaşlara: Geri qayıdın!

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, general-polkovnik Andrey Kartapolov xaricdə işləyən hərbi mükəlləfiyyətli ölkə vətəndaşlarına məzuniyyət götürüb geri qayıtmağı məsləhət görüb.

AzerTimes xəbər verir ki, deputat xaricdə işləyən və hərbi xidmətə çağırış kağızı alan Rusiya vətəndaşlarına birillik məzuniyyət götürüb vətənə qayıtmağı və hərbi xidmətdən sonra yenidən işinə dönməyi məsləhət görüb.

Eyni zamanda, o bildirib ki, xaricdə yaşayan və hərbi mükəlləfiyyəti olmayan Rusiya vətəndaşları elektron çağırış kağızı alıblarsa, bu hərbi xidmətə uyğunsuzluq barədə müvafiq sənədləri elektron poçt vasitəsilə göndərə bilərlər.

Qeyd edək ki, Dövlət Duması Rusiyada vətəndaşların hərbi uçotu barədə məlumatlardan ibarət vahid reyestrin yaradılması barədə qanun qəbul edib.

Teqlər: