Zelenski Ərdoğandan nə xahiş edib?

Zelenski Ərdoğandan nə xahiş edib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenskinin ondan nə xahiş etdiyini açıqlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə lideri jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğan Zaporojyenin təsadüfi məsələ olmadığını vurğulayıb:

“Hazırda ərazidə ukraynalı mütəxəssisləri var. Zelenskinin bizdən istədiyi Zaporojyenin Rusiya minalarından təmizlənməsi və mövcud durumda təhdidin azalmasıdır. “Çernobılın təkrarlanmasını istəmirik” deyəndə də bunu nəzərdə tutmuşdum. Bu mövzuda Rusiya Prezidenti Vladimir Putinlə danışacam. Rusiya dünyadakı sabitlik naminə bu adımı atmalıdır”.

Teqlər: