Zelenski Conson ilə Ukraynaya dəstək məsələlərini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın baş
naziri Boris Conson arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə V.Zelenski özünün “Twitter”
səhifəsində yazıb.

“Böyük Britaniyanın baş naziri Boris Consonla daimi əlaqə
saxlayıram. Cəbhədəki və blokadaya alınmış Mariupoldakı vəziyyətdən
danışdım. Ukraynaya müdafiə dəstəyi və sülhə nail olmaq üçün zəruri
diplomatik səylər müzakirə edilib”, – deyə Ukrayna Prezidenti
bildirib.