Zelenski bununla Putinə mesaj ünvanladı – Politoloq

Zelenski bununla Putinə mesaj ünvanladı – Politoloq

Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransı zamanı Rusiya lideri Vladimir Putinə ölkənin NATO-ya daxil olmaq niyyətində olmadığına eyham vurub.

AzerTimes xəbər verir ki, bunu ukraynalı politoloq Konstantin Bondarenko bildirib.

“Bu mesaj ondan ibarətdir ki, Ukrayna NATO üzvü deyil, orada bizi ümumiyyətlə heç kim gözləmir”, – politoloq vurğulayıb.

Bondarenkonun sözlərinə görə, münaqişə tərəflərinin mövqeləri, eləcə də mümkün vasitəçilərin – ABŞ və Böyük Britaniyanın mövqeləri hələ formalaşmadığından ölkədə nizamlanma üzrə danışıqların nə dərəcədə mümkün olduğunu indi proqnozlaşdırmaq çətindir.

Qeyd edək ki, dekabrın 19-da Zelenski ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. O bildirib ki, Ukrayna NATO-ya dəvət edilmir və alyansa mərhələ-mərhələ qoşulması nəzərdən keçirilmir.

Teqlər: