Ukrayna prezidenti Volodimir Zelenski səfirliyin Kiyevə
qaytarılmasına görə Böyük Britaniya hakimiyyətinə təşəkkür
edib.
Trend xəbər verir ki, bu barədə V.Zelenski növbəti
videomüraciəti zamanı deyib.
“Səfirliyin Kiyevə qaytarılması ilə bağlı elan edilmiş mühüm
simvolik qərara görə britaniyalı dostlarımıza minnətdaram”, – deyə
V.Zelenski bildirib.
O qeyd edib ki, Britaniya diplomatik missiyasını Ukrayna
paytaxtına qaytaran 21-ci dövlət oldu.