Zelenski BMT-nin baş katibi ilə “Azovstal”dan mülki şəxslərin təxliyəsini müzakirə edib

Ukrayna prezidenti Volodimir Zelenski BMT-nin baş katibi Antonio
Quterreşlə danışıq zamanı “Azovstal” zavodundan yaralıların
təxliyyəsinə köməklik göstərməyi xahiş edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Ukrayna Prezidenti Ofisindən
bildiriblər.

Bildirilib ki, dövlət başçısı Quterreşlə telefon danışığı olub,
söhbət zamanı “Azovstal”dan vətəndaşların təxliyyəsinin birinci
mərhələsi və bu istiqamətdə gələcək əməkdaşlıq məsələləri müzakirə
olunub.

V.Zelenski A.Quterreşi Azovstaldan 121 nəfərin təxliyə olunduğu
birinci mərhələnin uğurla həyata keçirildiyi barədə məlumat verib
və təxliyə əməliyyatının uğurla davam etdiriləcəyinə ümid etdiyini
bildirib.

Dövlət başçısı Ukrayna vətəndaşlarının “Azovstal”dan təxliyyəsi
istiqamətində göstərdiyi səylərə görə BMT-nin baş katibinə şəxsən
minnətdarlığını bildirib. O, “Azovstal”dan bütün yaralıların
çıxarılmasına kömək etmək istəyi ilə A.Quterreşə müraciət edib

Teqlər: