Zelenski Baydenlə söhbətinin təfərrüatını açıqladı

Zelenski Baydenlə söhbətinin təfərrüatını açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydenlə telefon danışığının təfərrüatı barədə danışıb.

AzerTimes xəbər verir ki, o, Baydenlə Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə etdiklərini bildirib.

“Biz əlavə sanksiyaları, döyüş meydanındakı vəziyyəti və dəniz yolu ilə kənd təsərrüfatı məhsullarının ixracının davam etdirilməsinin vacibliyini müzakirə etdik”, – Zelenski qeyd edib.

Zelenski davamlı müdafiə və maliyyə dəstəyinə görə ABŞ-a təşəkkür edib.

Qeyd edək ki, az öncə baş tutan telefon danışığında Co Bayden ABŞ-ın Ukraynaya yeni 625 milyon dollarlıq hərbi yardımı haqda məlumat verib.

Teqlər: