Bidzina İvanişvili 600 milyon dollar itirdi

Bidzina İvanişvili 600 milyon dollar itirdi

Gürcüstanın Gürcü Arzusu Partiyasının qurucusu, ölkənin sabiq baş naziri Bidzina İvanişvili “Blumberq”in dərc etdiyi milyarderlər sırasında 400-cü yerdə qərarlaşıb.

AzerTimes xəbər verir ki, onun mal varlığı 5.45 milyard dollar təşkil edir. Ötən illə müqayisədə İvanişvilinin varidatının 9.9% (600 milyon dollar) azaldığı qeyd olunur. Belə ki, 2021-ci ilin 3 oktyabrında onun sərvəti 5.92 milyard dollar olub.

“Forbes” nəşri isə Bidzina İvanişvilinin 4.8 milyard dollara sahib olduğunu və dünya milyarderləri siyahısında 522-ci yerdə qərarlaşdığını açıqlayıb.

Teqlər: