Zelenski Baydenlə danışdı

Zelenski Baydenlə danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Zelenski telefon danışığında ABŞ-ın əlavə 1 milyard dollarlıq yardım paketi verməsinin vacibliyini və yerində olduğunu qeyd edib:

“ABŞ-ın təhlükəsizlik dəstəyi misilsizdir. Bu, bizi rus təcavüzkarı üzərində ümumi qələbəyə yaxınlaşdırır”.

Söhbət zamanı Zelenski cəbhə xəttində baş verən son hadisələr barədə məlumat verib və Rusiya təcavüzünə effektiv müqavimət göstərmək üçün Silahlı Qüvvələrin təcili ehtiyacları barədə məlumat verib.

Teqlər: