Zelenski Baydenə sarsılmaz dəstəyə görə təşəkkür etdi

Zelenski Baydenə sarsılmaz dəstəyə görə təşəkkür etdi

Ukrayna Prezidenti Vladimir Zelenski və amerikalı həmkarı Co Bayden telefon danışığı aparıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Teleqram kanalında yazıb.

Söhbət zamanı Zelenski ABŞ-ın sarsılmaz təhlükəsizlik təminatına və maliyyə dəstəyinə görə Baydenə təşəkkür edib.

Dövlət başçıları Ukraynanın Rusiyanı məğlub etmək istiqamətində növbəti addımlarını və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini müzakirə ediblər.

Teqlər: