Zelenski Baydendən bu silahları istəyəcək

Zelenski Baydendən bu silahları istəyəcək

Prezident Vladimir Zelenskinin başçılıq etdiyi nümayəndə heyəti Vaşinqtona səfər zamanı Co Baydendən Ukraynaya 300 kilometrə qədər mənzilli ATACMS raketləri verməyi xahiş edəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, ATACMS-lərlə yanaşı Ukrayna ABŞ-dan “Gray Eagle” və “Reaper” PUA-larını da istəyəcək:

“Lakin ABŞ rəhbərliyi güzəştə getmək niyyətində deyil. Ağ Ev ATACMS-in göndərilməsini qəti şəkildə rədd edib. Kiyevə uzaq mənzilli raketlərin verilməsi Putini Ukraynaya qarşı daha ölümcül silahlardan istifadə etməyə təhrik edə bilər”.

Teqlər: