Başa düşürük ki, ruslar Baxmutdan sonra daha da irəli gedə bilərlər. Kramatorska da, Slavyanska da gedə bilərlər.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski qeyd edib ki, Baxmutdan sonra Ukraynanın digər şəhərlərinə, Donetsk istiqamətində ruslar üçün yol açıq olacaq: “Ona görə də bizim oğlanlar orada dayanıblar”.
Prezident qeyd edib ki, Baxmutun müdafiəsi Ukrayna üçün taktiki qərardır. Eyni zamanda, rus işğalçılarının motivləri tamam başqadır.