Putin yeni hücumlara başlayır – Stoltenberq

Putin yeni hücumlara başlayır – Stoltenberq

NATO Ukraynanı Rusiyaya qarşı müharibədə qələbə qazanana kimi dəstəkləməyə davam edəcək.

AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Albaniya Prezidenti Bayram Beqay ilə görüşdə bildirib.

“Biz indicə Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etdik. Prezident Putin yeni hücumlara başlayır və raket hücumlarını davam etdirir. Bizim cavabımız Ukraynanı qələbə üçün lazım olan hər şeylə təmin etməyə davam etməkdir. Müttəfiqlər misilsiz dəstəyini artırırlar və mən Albaniyanın bu cür öhdəliyini alqışlayıram. Biz yardımımızı lazım olan qədər davam etdirməliyik”, – Stoltenberq qeyd edib.

Teqlər: