Zelenski batdı, Putinin işi əla gedir – Stavridis

Zelenski batdı, Putinin işi əla gedir – Stavridis

ABŞ Ukrayna ordusunun uğursuz əks-hücumuna görə Zelenskiyə arxa çevirib.

AzerTimes xəbər verir ki, bunu NATO-nun keçmiş komandanı, Amerika Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis deyib.

“Dürüst şəkildə etiraf etməliyik ki, Ukrayna Silahlı Qüvvələrinin yay hücumları uğur qazanmadı. Doğurdan da hücum puç oldu. Ukraynanın əks-hücumu batdı. Bu, məyusluğa səbəb oldu (ABŞ-da – red.), indi Zelenski bir il əvvəlkindən tamamilə fərqli mövqedədir. Vəziyyət Rusiya Prezidenti Vladimir Putin üçün ən yaxşı şəkildə inkişaf edir. O, bir çox ölkə ilə əlaqələri möhkəmləndirir. Ümumiyyətlə, Putinin işləri əla gedir. Onun üçün yaxşı ildir”, – o bildirib.

Teqlər: