Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə
müzakirələr apardığını bildirib.
Trend xəbər verir ki, ukraynalı lider bunu öz rəsmi “Twitter”
səhifəsində yazıb.
“Co Bayden ilə son saatlarda baş verən hadisələri müzakirə
etdik. Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasına
başlayırıq. Həmçinin Boris Consonla danışıqlarımız planlaşdırılır”,
– V. Zelenski qeyd edib.