Ukrayna Ali Baş Komandanlığının tərkibində dəyişiklik edilib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski fərman imzalayıb.
Fərmana əsasən, Vasili Malyuk Ukrayna Təhlükəsizlik Xidməti sədrinin birinci müavini, İqor Tantsura Ərazi Müdafiə Qüvvələrinin komandanı, Viktor Xorenko Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifələrinə təyin olunublar.
Zelenski həmçinin Ukrayna Milli Qvardiyasının komandanı, Yuri Lebedi Baş Qərargahın heyətində təsdiqləyib.
Bundan əlavə, prezident Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş sədri İvan Bakanovu, Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş komandanı Qriqori Qalaqanı və Ərazi Müdafiə Qüvvələrinin keçmiş komandanı Yuri Qaluşkini Ali Baş Komandanlığının siyahısından çıxarıb.