Bakıda bu küçə təmir olundu – Video

Bakıda bu küçə təmir olundu – Video

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nəsimi rayonunun Mirəsədulla Mirqasımov küçəsini əsaslı şəkildə təmir edib.

AzerTimes xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, uzunluğu 780 metr, ortalama eni 17,5 metr olan küçənin təmir işləri çərçivəsində, köhnə asfalt-beton örtüyü frezlənib, piyada səkilərinin bərpa edilib, yararsız səki daşları yenilənib, yeni asfalt-beton örtüyü döşənib.

Küçədə yeni yağış barmaqlıqlarının qoyulması, kommunikasiya xətlərinin baxış qapaqlarının yenisi ilə əvəz olunması və layihə hündürlüyünə qaldırılması işləri də aparılıb.

Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunub.

Teqlər: