Zelenski ABŞ Konqresinin nümayəndələri ilə görüşdü

Zelenski ABŞ Konqresinin nümayəndələri ilə görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə dövlət başçısı Teleqram kanalında məlumat yayıb.

Zelenskinin sözlərinə görə, o, tərəfdaşlarını cəbhə xəttindəki vəziyyət barədə məlumatlandırıb, həmçinin onlara Ukrayna ordusunun prioritet ehtiyacları və ukraynalı uşaqların Rusiyaya qanunsuz deportasiyasının miqyası barədə məlumat verib.

Teqlər: