Zelenski 199 rus vətəndaşına sanksiya tətbiq etdi

Zelenski 199 rus vətəndaşına sanksiya tətbiq etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının 199 Rusiya vətəndaşına qarşı sanksiyaların tətbiqi barədə qərarını qüvvəyə mindirən fərman imzalayıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məhdudlaşdırıcı tədbirlərə aktivlərin bloklanması, ticarət əməliyyatlarının məhdudlaşdırılması, müxtəlif əməliyyatların qadağan edilməsi, Ukraynanın dövlət mükafatlarından məhrum edilməsi daxildir.

Sanksiyaların tətbiqi müddəti 50 il müəyyən edilib.

Teqlər: