Zəfərimizi həzm etməyən şərəfini itirmiş xain… – General

Zəfərimizi həzm etməyən şərəfini itirmiş xain… – General

Azərbaycanın beynəlxalq hüququ əsas götürərək öz suveren torpaqlarında 24 saatlıq qısa zaman kəsimində lokal antiterror tədbirləri həyata keçirib və ərazi bütövlüyünü tam təmin edib. İndi içimizdəki xainlər, kripto ermənilər, PKK, FETÖ kimi terror təşkilatı üzvləri, saxta “insan haqları müdafiə”çiləri kimi ləyaqətini, şərəfini itirmiş bəzi şəxslər ortalığı bulandırmağa, münasibətlərimizi korlamağa çalışır. Çünki Zəfərimizi, türk dünyasının dirçəlişini, gücümüzü həzm edə bilmirlər. Həmişə belə insanlar olub.

Bu sözləri AzerTimes-a məşhur yazıçı Əziz Nesinin gəlini, aktrisa Hilal Nesinin Azərbaycana qarşı atdığı təxribatçı addım haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General xainlərin heç zaman ölkələrimizin qardaşlıq münasibətlərinə xələl gətirə bilməyəcəyini, Türkiyənin daim Azərbaycanın yanında olduğunu vurğulayıb:

“Son 3-4 gündür ki, bu bəhs etdiyimiz şəxsiyyətsiz utanmazlar yalan təbliğatla dünyaya mesaj verməyə çalışırlar. Bu milliyyəti bilinməyənlər Xocalıda soydaşlarımızın, körpələrimizın, qadınlarımızın, qocalarımızın soyqırıma məruz qalmasına, 2 yaşlı Zəhra balamızın və nənəsinin erməni terrorçular tərəfindən qətlə yetirilməsinə, BMT TŞ-nin məlum qətnamələrinə rəğmən Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə işğalının davam etməsinə, Gəncənin, Bərdənin raketlərlə vurulmasına, mülki insanların ölümünə göz yumdular, səslərini çıxarmadılar, görməzdən gəldilər. Əslində yaşadığımız günlər kimyada istifadə olunan lakmus kağızına (müəyyən maddə və turşuları müəyyən etmək üçün süzgəc kağızı – red) bənzəyir. Yəni çətin mübarizə günləri kimin dost, kimin düşmən olduğunu göstərir. Azərbaycanın beynəlxalq hüququn bütün prinsip və normalarına riayət edərək həyata keçirdiyi lokal antiterror tədbirlərinə verilən belə əxlaqsız reaksiyaları qətiyyən qəbul edə bilmərik. Azərbaycan Ordusu heç vaxt mülki insanları hədəf olaraq görməyib. Yol eyni yoldur, 31 il əvvəl Ermənistan soydaşlarımızı qarlı-şaxtalı havada ayaqyalın şəkildə, işgəncə və soyqırım altında Xocalıdan, öz evlərindən, ata-analarının məzarlarının olduğu yurdlarından qovdu. Amma Azərbaycan lokal antiterror tədbirləri zamanı mülki insanlara toxunmadı, onları qorudu və indi könüllü şəkildə Qarabağı tərk edən insanların bütün ehtiyaclarını qarşılayır, hətta istəyənlərin qalıb bərabərhüquqlu vətəndaş kimi yaşaya biləcəklərini deyir. Hər şey dünyanın gözü önündə baş verir. Xocalı soyqırımı, Gəncə və Bərdənin raketlərlə vurulması, Ermənsistanın 28 il boyunca etdiyi vəhşiliklər ən yeni tariximizin acı verən hadisələridir. Ona görə də Azərbaycanı haqsız yerə soyqırımda, sürgündə günahlandıran insanlıqdan çıxmış şəxsiyyətsiz xainləri şiddətlə qınayırıq. Hilal Nesinin öz X səhifəsində Qarabağdan Azərbaycan dövlətinin qalma təklifinə rəğmən gedən ermənilərə “ağı” deməsi piardır, timsahın axıtdığı gözyaşlarıdır. Bu addımın Qarabağdakı separatçı qurumun özünü buraxmasını elan etdiyi gün atılması da arxasında kirli məqsədin olduğunu sübut edir. Can Azərbaycandakı soydaşlarımız Türkiyənin hər zaman öz qardaşının yanında olacağına əmin olsun. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Xainlər heç vaxt bu dostluq və qardaşlığımıza xələl gətirə bilməz. Bizim haqqımız Zəfər, onların yeri isə tarixin zibilliyidir”.

Teqlər: