“Zəfər Yolu” kitabı türk dilində dərc edildi

“Zəfər Yolu” kitabı türk dilində dərc edildi

Tanınmış yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin və jurnalist Vüqar Şahinoğlunun müəllifi olduğu “Zəfər Yolu” kitabı Türkiyə türkcəsində nəşr olunub.

AzerTimes xəbər verir ki, kitabın ön sözünü millət vəkili Ceyhun Məmmədov yazıb. Redaktoru əməkdar jurnalist Elnarə Dərziyeva, məsləhətçiləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatının əməkdaşı, yazıçı, şairə Azadə Yunusova, Niderlandda yaşayan həmyerlimiz İlkanə Yusifova, Türkiyə türçəsinə tərcümə edən filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərova, korrektorları ADU-nun tələbəsi Ləman Bağırlı, Səadət Tanrıverdiyeva, dizayneri Leyla Babazadədir.

Kitab 44 günlük Zəfər müharibəsindən bəhs edir.

Xatırladaq ki, bir müddət öncə kitab Azərbaycan və ingilis dillərində nəşr edilib.

Teqlər: