Zəfər Muzeyi və Vətən Müharibəsi Memorial Kompleksi ilə bağlı hansı işlər görülüb?

Xəbər - Çingiz Səfərli – Trend:

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı xarici mütəxəssislərlə razılıq əldə olunub və hazırlanmış layihə ölkə rəhbərliyinə təqdim edilib.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, nazirlik həmçinin Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin fondunun təşkili məqsədilə də işlər həyata keçirir.


“Hazırda Azərbaycan İstiqlal Muzeyində həm dövlət qurumları, həm də vətəndaşlardan materialların qəbul edilməsi işləri davam etdirilir”.

Teqlər: