Zaxarova: Qərbin yeni silahları qanuni hədəfimizdir

Zaxarova: Qərbin yeni silahları qanuni hədəfimizdir

Qərbin Kiyevə elan etdiyi yeni silah tədarükü Moskva üçün qanuni hədəfdir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

“Ukraynadakı Amerika və digər Qərb silahları və onlara xidmət edən xarici hərbçilər Rusiya silahlı qüvvələrinin zərbələri üçün qanuni hədəflərdir. Əgər Qərb bundan xəbərsiz kimi davranırsa, bu, onların problemidir”, – Zaxarova bildirib.

Teqlər: