Zaxarova: Makronun “Əliyevə təzyiq” sözləri…

Zaxarova: Makronun “Əliyevə təzyiq” sözləri…

Bizi təəccübləndirəcək az şey var, amma bəzən Fransa Prezidenti Makron buna nail olur. Məsələn, o, iyunun 28-də Marseldə Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistanın Baş naziri Nikol Paşinyana nisbətən daha çox təzyiq etdiyini, Qarabağ məsələsi ilə bağlı dəqiq mövqedə yalnız özünün olduğunu, təkbaşına bu mövzunu dünya birliyinin gündəmində saxladığını deyib.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Makronun İrəvanla münasibətlərin həlli məsələsində Əliyevə daha çox təzyiq göstərdiyi barədə bəyanatını şərh edərkən deyib.

“Sizə deyə bilərəm ki, bu cür bəyanatlardan sonra Makronun təvazökarlığının cəsarətindən sonra ikinci yerdə olduğu hissi yaranır. Təbii ki, Makronun şəxsi rolu, Qarabağ məsələsinin nizamlanmasındakı xidmətləri və digər məsələlərlə bağlı pafosla danışması bizləri təəccübləndirir. Çox heyif ki, o, belə səmərəli işin əməli nəticələrindən danışmadı. Proses var, amma nəticə yoxdur. Yeri gəlmişkən, təkcə Fransanın Qarabağın nizamlanması üzrə vasitəçiliyində deyil, Makronun dəfələrlə üzərinə götürdüyü bir çox başqa işlərdə də heç kim bu nəticələri görməyib. Fransanın Qarabağ problemlərinin həllinə müsbət töhfə verməsinə dair illüziyamız heç vaxt olmayıb. Ötən ilin payızında Milli Assambleya və Fransa Senatı Azərbaycanın “təcavüzünü” pisləyən, ölkənin özünə və rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə qəbul edib, Paris Ermənistanda Azərbaycanın fikrini nəzərə almadan mülki missiyanın yerləşdirilməsi təşəbbüsü ilə çıxış edib… Bütün bunlar fəaliyyətdə bilik və peşəkarlıq tələb edən bu regional münaqişədə Fransanın gündəliyinin bariz nümunələridir. Deyə bilərəm ki, bütün bu hərəkətlər, nümayişkaranə addımlar tərəflərə kömək etmək deyil, Rusiyanı nizamlanma prosesindən çıxarmaq və öz siyasi, bəzən isə sadəcə olaraq seçkiqabağı planlarını reallaşdırmaq məqsədi daşıyır. Nəinki danışıqlar prosesinə müsbət təsir göstərmədilər, əksinə, Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu tamamilə gözdən saldılar. Amma görürsən, hələ heç kim özünün reklamını təxirə salmır. Bəlkə də onlardan qalan yeganə şey budur”, – o bildirib.

Teqlər: