Zaxarova: Kreml bu mövqeyindən dönməyəcək!

Zaxarova: Kreml bu mövqeyindən dönməyəcək!

Moskva taxıl müqaviləsinin bütün şərtlərinə əməl olunması ilə bağlı mövqeyindən dönməyəcək.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Ölkəmizin nəinki irəli sürdüyü, həm də bu sazişlərə daxil edilmiş və tərəflərin öhdəlikləri ilə möhürlənmiş şərtlərə riayət edilməsi ilə bağlı mövqelərindən yayınması olmayacaq. Çünki artıq Rusiya xarici işlər nazirinin dediyi kimi, bu, paket sövdələşmənin bir hissəsidir. Bu, bir ölkənin və ya bir qrup ölkənin öz maraqlarını həyata keçirməsi, digərlərinin isə hansısa növbəni gözləməli olması haqqında hekayə deyil”, – Zaxarova bildirib.

Teqlər: