Zatulinə buna görə qadağa qoyuldu – Paşinyanın qaynı

Zatulinə buna görə qadağa qoyuldu – Paşinyanın qaynı

Əgər başqa ölkənin siyasətçisi bizim daxili siyasi həyatımıza qarışırsa və baş nazirin istefaya getməsi haqda bəyanat verirsə, hesab edirəm ki, bu addım (onun Ermənistana girişinin qadağan edilməsi – red.) gözləniləndir və yerindədir.

AzerTimes xəbər verir ki, bu sözləri “Mülki müqavilə” fraksiyasının deputatı, Baş nazir Nikol Paşinyanın qaynı Qraçya Akopyan Rusiya Dövlət Dumasınn MDB məsələləri üzrə komitəsinin sədr müavini, hər zaman qatı ermənipərəstliyi ilə seçilən Konstantin Zatulinin Ermənistana girişinin qadağan edilməsi haqda danışarkən deyib.

“Bildiyimə görə, bu, onun (Zatulinin – red.) ilk belə bəyanatı deyil. O, ilk dəfə deyil ki, Ermənistanın daxili siyasətinə qarışır. Burda məsələ təhdiddə deyil. Niyə biz xarici ölkə vətəndaşına imkan verməliyik ki, bizim daxili işlərimizə müdaxilə etsin? Əgər o məmurdursa, lap pis”, – Akopyan qeyd edib.

Xatırladaq ki, 30 ildir erməni yalanlarının tirajlanmasında müstəsna rolu ilə seçilən K.Zatulinin Ermənistana girişi Paşinyana qarşı çıxışları səbəbindən qadağan edilib.

Teqlər: