Zaqatalda qızılgül yığımına start verilib

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Zaqatalda qızılgül yığımına start verilib.

AzerTimes-ın məlumatına görə, texnoloq Təbriz Abdullayev bildirib ki, may ayının əvvəlindən bu günə kimi 145 ton gül ləçəkləri yığılıb:

“Mövsümi iş göstərir ki, yığımın sonuna kimi 550 ton gül ləçəkləri əldə etmək mümkün olacaq. Bu qədər güldən isə 170-180 litr yağ əldə olunacaq. Bu yağlar daha çox ətriyyat, farmakologiya sahəsində istifadə olunur”.


Zaqatala rayonu ərazisində gül istehsalına ötən əsrin 60-cı illərində başlanılıb. Son 5 il ərzində isə gül istehsalı daha da inkişaf etdirilməkdədir.

Teqlər: