Zaqatalada yol qəzasında piyada öldü

Zaqatalada yol qəzasında piyada öldü

Zaqatala rayonunda baş verən yol qəzasında piyada ölüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, sentyabrın 22-si saat 13 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində Ucal Şabanov idarə etdiyi “VAZ-2109” markalı avtomobil ilə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Əhmədov Məmmədvəli Əhməd oğlunu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: