Zaqatalada yol qəzası: ölən var

Zaqatalada yol qəzası: ölən var

Zaqatalada yol qəzası olub, ölən və xəsarət alan var.

Bu barədə AzerTimes-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, oktyabrın 14-ü saat 10 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində Bayram Heydərovun idarə etdiyi VAZ-2106 və Fikrət Əliyevin idarə etdiyi VAZ-21011 markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-2106-dakı sərnişin, 1960-cı il təvəllüdlü Zaqatala şəhər sakini Yeganə Məhərrəm qızı Bilalova xəsarətlərdən hadisə yerində ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü və VAZ-2106 markalı avtomobildəki iki sərnişin – Gülnar Heydərova, eləcə də 2017-ci il təvəllüdlü bir azyaşlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Teqlər: