Zaqatalada uşaq bağçasında yanğın söndürülüb

Xəbər - Fərid Zöhrabov -Trend:

Zaqatalada körpələr evi – uşaq bağçasında baş verən yanğın söndürülüb.

Trend xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 220 kv/m olan inzibati binanın yanar konstruksiyaları və içərisində olan sənəd və əşyalar tam yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.


Teqlər: