Zaqatalada qaydaları pozan 39 sürücü cərimələnib (FOTO)

Zaqatalada yol hərəkəti təhlükəsizliyini daha səmərəli təşkil
etmək və qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni
gücləndirmək məqsədi ilə yol polisinin əməkdaşları tərəfindən rayon
ərazisində növbəti reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan AzerTimes-a
verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində təşkil olunan
reydlər zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq
cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən,
nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər qayda
pozuntularına yol verən 39 sürücü müəyyən olunub. Polis əməkdaşları
tərəfindən saxlanılan sürücülərlə maarifləndirici söhbətlər
aparılıb, sükan arxasında məsuliyyətli olmağın vacibliyi
vurğulanıb.

Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib.

Teqlər: