Zaqatalada nəvə babasını bıçaqladı

Zaqatalada nəvə babasını bıçaqladı

Zaqatalada nəvə babasına bıçaqla xəsarət yetirib. İlkin araşdırmalarla gəncin psixi xəsəlikdən əziyyət çəkdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata əsasən bu gün axşama doğru Zaqatala şəhər sakini, 21 yaşlı Ruslan İbrahimov onunla eyni mənzildə yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirdiyi məlum olub.

Yaşar İbrahimov xəstəxanaya aparılıb, ilkin tibbi yardım göstərilib. Hazırda müalicəsi Zaqatala rayon mərkəzi xəstəxanasında davam etdirilir.

Hadisədən sonra rayon polis şöbəsinin əməkdaşları Ruslan İbrahimovu şübhəli şəxs qismində saxlayıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma başlanılıb, təhqiqat aparılır.

Teqlər: