Zaqatalada karantin qaydalarına riayət etməyənlər cərimələnib (FOTO)

Xəbər - Samir Əli – Trend:

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-yoxlama tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, şəhər ərazisində yerləşən böyük mağazalarda, digər qapalı məkanlarda və ictimai nəqliyyatda aparılan yoxlamalar zamanı tibbi maskadan istifadə etməyən, eləcə də pandemiya dövrünün tələblərinə riayət etməyən şəxslər aşkarlanıb.

Onların barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.


Teqlər: