Zaqatalada iki fərqli yaşayış evində yanğın olub

Zaqatala rayonunun Mosul kəndində ümumi sahəsi 81 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Eyni zamanda rayonun Əliabad qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: