Zaqatalada bədbəxt hadisə: Ov tüfəngindən açılan atəş…

Zaqatalada bədbəxt hadisə: Ov tüfəngindən açılan atəş…

Bu gün axşam saatlarında Zaqatala rayonunun Lahıc kəndindəki meşəlik ərazidə kənd sakini, 1994-cü il təvəllüdlü Cavidan Muradovun ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, hadisə yerinə və meyitə polis, eləcə də prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib.

İlkin araşdırma zamanı C.Muradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində silahdan açılan atəşdən öldüyü müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: