Zaqatalada avtomobil təmiri sexi yanıb

Zaqatala şəhərində ümumi sahəsi 90 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, sexin qalan hissəsi və içərisində təmirə dayanan minik avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: