Zaqatalada 41 yaşlı kişi özünü tövlədə asdı

Zaqatalada 41 yaşlı kişi özünü tövlədə asdı

Zaqatalada 41 yaşlı kişi intihar edib. Hadisə bu gün səhər saat 06 radələrində rayonun Muğanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1976-cı il təvəllüdlü Bayram Ramazan oğlu Ramazanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkarlanıb. 41 yaşlı Bayram Ramazanovun hələki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.